Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Venesuela Azərbaycana başsağlığı verdi

Venesuela Tehrandakı səfirliyinə hücumla bağlı Azərbaycana başsağlığı verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Venesuelanın Azərbaycandakı səfirliyi "Twitter" səhifəsində yazıb.

"27/1/2023-cü il cümə günü səhər saatlarında diplomatik nümayəndəliyə hücum nəticəsində həlak olan Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşının ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Yaralanan şəxslərin tezliklə sağalması üçün dua edirik", - deyə bildirilib.

Xatırladaq ki, 27 yanavar Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Milli.Az