Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Vergi Xidməti: Təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alanlar himayədə olanlara aid deyillər

Qanunvericiliyə əsasən, bəzi şəxslər himayədə olanlara aid edilmirlər.

Milli.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa) himayədə olanlara aid deyillər.

Həmçinin dövlət təminatında olan şəxslər (texniki-peşə məktəblərinin şagirdləri, uşaq və körpə evlərində tərbiyə alanlar), eləcə də, xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, habelə tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar da həmin siyahıya daxildir.

Milli.Az