Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

“WhatsApp”da yenilik

"WhatsApp" istifadəçiləri bundan sonra şəxsi mesajlarda və qrup çatlarında mesajları sabitləmək imkanı əldə edə biləcəklər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yeni funksiyanın köməyi ilə istifadəçilər mətndə istədikləri məlumatı tez və asanlıqla seçə bilərlər.

Bu xüsusiyyət "Slack" və "Telegram" kimi tətbiqlərdə gördüyümüz kimi ola bilər . Bu tətbiqlərdə sabitlənmiş mesajlar həmin kanalın və ya söhbətin üstündə görünür.

Xüsusiyyət hazırda inkişaf mərhələsindədir və dəqiq tarix hələ bilinməsə də, gələcəkdə ediləcək bir yeniləmə ilə tətbiqə əlavə olunacaq.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

Milli.Az