Azerbaijan

Xətainin soyundan olan Başar Kömür İNANILMAZ SİRLƏRİ AÇDI: Ailəsi ondan 42 il imtina etdi ki...

Avropa mənə türklüyümüzün önəmini anladaraq, “Siz bizdən deyilsiniz, üçüncü, dördüncü sinifdən olan insansınız” deyərək gücümə güc qatdı.

Bu sözləri Publika.az-a müsahibəsində Şah İsmayıl Xətainin soyundan olan, Azərbaycanı Avropada layiqli təmsil edən diaspor fəalımız Başar Kömür bildirib.

- Başar bəy, xalqımızın qüruru, əfsanəvi sərkərdəmiz Şah İsmayıl Xətainin soyundansınız. Gəlin, bu haqda danışaq.

- Hatay bölgəsində yaşayanların çoxu Çaldıran döyüşündə məğlub olanların buraya köçürülənləridir. Şah İsmayıl Xətai ilə Osmanlı imperiyasının lideri Yavuz Sultan Səlim arasındakı bu toqquşma tarixdə “qardaş döyüşü” kimi qalıb. Şah İsmayılın ikinci xanımı Taclı Xatunla birgə 30 min nəfər həmin bölgəyə köçürülüb. Biz də o köçün soyundan gəlirik. Tarixi mənbələrə görə, Yavuz Səlim Taclı Xatunu sevirmiş. Sonra Taclı Xatunu İstanbula aparırlar və orada yaşlı vəzirlə evləndirilir. Osmanlı imperiyası dövründə bu bölgənin adı İsgəndərun sancağı və Hələb sancağı olub. Birinci Dünya müharibəsindən sonra isə fransızların işğalı başlayır. Anamın atası da başda olmaqla yerli tayfalar milli mücadilə hərəkatı yaradırlar. Beləliklə, Şah İsmayılın soyundan olan əsgərlər bu torpaqları fransız işğalından azad etməyə və dövlətlərini yaratmağa nail olurlar. Atatürkün adını verdiyi bu dövlət 1939-cu ilin 20 iyulunadək mövcud olur. Hətta öz bayrağı və valyutası da vardı. Lakin bir gecədə Şah İsmayıl Xətainin adından gələn Hatay dövləti Milli Məclisin qərarı ilə Türkiyəyə birləşdirilir. Hatayda yaşayanların çoxu oğuz soyundan olan azərbaycanlılardır. Ləhcəmiz də Məhəmməd Füzuli dilinə çox bənzəyir. Məktəbdə Osmanlı türkcəsində, evdə isə öz ləhcəmizdə danışırıq.

- Amma uşaqkən Azərbaycanla gediş-gəlişiniz olmayıb.

- Rəhmətlik anamın atası Qarsda Qafqaz Türk Ordusunda zabit olub. Anam danışardı ki, o, uşaqkən doğmaları Azərbaycandan qonaq gəlib-gedərmiş. Amma sovet hakimiyyəti qurulandan sonra sərhədlər bağlanır, əlaqələri də itir.

- Bəs uşaqlığınızı necə xatırlayırsınız?

-15 yaşımadək Hatayda yaşamışam. Bizdə bir ana yox idi. Bibim də, xalam da analarım sayılardı. Hətta bir dəfə xarici mediaya müsahibə verəndə bu cümləni dilə gətirdim. Təəccüb içində üzümə baxdılar. Dedim, bizdə belədir. Anan yanında deyilsə, bibin də, xalan da onu əvəz edir. Yəni bütün evlərdə yeriniz var. Hələ qış aylarında ocaq ətrafında nənələrimiz bizi ətrafına toplayıb bir-birindən gözəl əhvalatlar, nağıllar danışardılar. Mən “Koroğlu” dastanını oxumamışam. Amma nənəmin söhbətlərindən hafizəmdə qalıb. Bizim uşaqlığımızda televizor yox idi. Nənələrimiz, babalarımız hər biri bir kitabxanaya əvəz idi. Bu baxımdan nəhəng kitabxanada böyümüşəm. Onlar bu söhbətləri bizə elə gözəl emosiyalarla danışardılar ki, özünü maraqlı tamaşaya baxırmış kimi hiss edərdin. Bütün övladlar birgə böyümüşük. Bu gün bəzi məclislərdə xanımlarla bəylər bir-birindən ayrı əyləşir. O vaxtlar belə qəribə adətlərimiz yox idi. Hamımız birgə idik. Cənazəmizi də birgə qaldırardıq, toylarımızı da eyni şəkildə qeyd edərdik. Özü də xüsusi adətlərimiz vardı. Oğlan və qız tərəfi musiqili deyişərək tamaşa qurardılar.

Sonda da qızı götürüb çıxarkən:

Aldıq getdik qızınızı,

Şeytan görsün üzünüzü

oxuyardılar.

(gülürük)

O qədər gözəl, mənalı uşaqlığım olub ki, vətənimi, torpağımı, hekayəmi doya-doya yaşamışam.

- Necə oldu ki, belə gözəl məmləkətdən Avropaya üz tutdunuz?

- İmperialist dövlətlərin maraqları ucbatından türk gəncləri aldadıldı. Bu aldadılmada Marksist düşüncəli gənclər peyda oldular. Müxtəlif ideyalara qul olan gənclərin bir-birini öldürdüyü, qardaşın qardaşa silah açdığı məmləkətə çevrildik. Mən isə anama, torpağıma, dəyərlərimə sadiq olduğumçün bu axının qarşısını alanların yanına keçdim. Bu qarışıqlıdan sonra 1978-ci ildə ana vətənimi tərk edib, siyasi qaçqın kimi Avropaya köçmək məcburiyyətində qaldım. Almaniyada məskunlaşıb ali məktəbə qəbul olundum. Tələbəlik illərimdə xanımımla tanış oldum.

Dünya Azeri Türkleri Genel Koordinatörü Başar Kömür'ün eşi son yolculuğuna uğurlandı - Hatay Erzin Haberleri

- Bilirəm ki, xanımınız həyatınızın ən dəyərli xəzinəsidir.

- Doğrudur. Universitetdə alman dili müəllimi çalışırdı. Fransız əsilli idi. Sarbonna Universitetini fərqlənmə ilə bitirmişdi. Bəlkə də dəyərlərimizə məndən çox sahib çıxırdı. Mənə danışırdı ki, universitetin hesabına 6 ay müddətinə Peruya köçür. Orada insanlığın iç üzü ilə tanış olur. Kasıb, güzəranını zorla təmin edən insanlar son tikələrini sarışın qızla bölüşməyə can atırlar. Həyatında ilk dəfə Parisdən başqa dünyanın olduğunu görür. Deyirdi ki, ilk dəfə anladım ki, Parisdə ailəmin zəngin həyatını Peru kimi ölkələrdəki insanların səfalətinə borcluyuq. Əslində bizim kimi zənginlər onlardan oğurladığımız qayğısız həyat sayəsində belə xoşbəxtdir. Övladlarımıza da deyirdi ki, Peruya səfər etməsəydim, atanızla ailə qura bilməzdim. Parisli kimi həyatımı yaşayıb ehtiyacdan, mərhəmətdən xəbərsiz olardım.

- Təsirli etirafdır.

- Xanımım Azərbaycan diasporunun fəal üzvlərindən idi. Xocalı faciəsindən bəhs edən kitabı fransızcaya çevirib Avropada təbliğinə nail olmuşdu. 2005-ci ildə Azərbaycana gəlmişdik. Müxtəlif görüşlərimiz keçirildi. Rəhmətlik dostum Fəttah Heydərov təklif etdi ki, gəlinbacımız da bir söz desin. Anies xanım mikrofona yaxınlaşıb bu cümləni dedi:

Mən fransız doğulmuşam. Amma qəlbən türkəm!

Xanımımla həyatımız Azərbaycana xidmətlə keçib. Hələ sovet dövrü idi. Yaşadığımız şəhərə Azərbaycandan nümayəndə heyəti gəlmişdi. Anies xanıma zəng etdilər ki, Azərbaycandan heyət gəlib. Başar bəy gəlib tərcümədə kömək etsin. Akif İslamzadə, əfsanəvi “Qaya” qrupu da orada idi. Elə o günlər Azərbaycanı tanıdım. Bu məhəbbət mənim qəlbimə elə doldu ki, bir daha ona laqeyd qala bilmədim. 20 Yanvarda, digər faciələrimizdə ailəmiz gecə-gündüz ağlayıb, haqq səsimizi Avropaya çatdırmağa can atdı.

Türk Aşığı Annelise Alice Denise Kömür hayatını kaybetti - Haberler

- Uzun müddət evinizdən, vətəninizdən uzaq yaşadınız. Avropa sizə nə qazandırdı, nələri itirdiniz?

- Avropa mənə milli dəyərlərimin xəzinə olduğunu, vətənin əsl mənasını öyrətdi. Doğma dəyərlər, ana torpaq qürbətdə daha şiddətli hiss olunur. Vətən sizi torpağının üstündə daşımasa da, siz onu ürəyinizdə yaşadırsınız. Layihələr qurmağı, dediyin sözün üzərində durmağı öyrəndim. Biz türklər bu baxımdan bir az rahatıq. Rahat deyə bilərəm ki, Avropa çox böyük məsuliyyət öyrətdi. Türklüyümüzün önəmini, “Siz bizdən deyilsiniz, üçüncü, dördüncü sinifdən olan insansınız” deyərək gücümə güc qatdı. Ən əsası, Avropa mənə Anies xanımı qazandırdı. Bilirsinizmi, xanımım müsəlman dinini, Türkiyə vətəndaşlığını qəbul etmişdi. Sırf buna görə ailəsi 42 il ondan imtina etmişdi.

- Bu həm də sizin möhtəşəmliyinizdir. Qadınlar hər kişiyə görə özünü kül edib yenidən doğulmağa can atmır.

- Şuşa işğaldan azad olunandan sonra Anies xanım sevinərək üzümə baxdı. Dedi ki, artıq sənə ölüm yoxdur, Qarabağ bizimdir. Ədalət yerini tutdu.

Təəssüf ki, bir müddət sonra dünyasını dəyişdi. Amma mən Şuşa səfərimdə xanımı da ürəyimdə ora apardım.

Leyla Sarabi

Football news:

Jurgen Klopp: Salah is top, who is better than him? There is no need to talk about the dominance of Messi and Ronaldo, but now Mohamed is the best
Gary Lineker: Trent Alexander-Arnold's passes are absolutely epic. He will play a huge role in the progress of the England national team
Salah scored 10 goals and gave 4 assists in 10 matches this season
Koeman on Pedri's contract: I don't set the compensation. It is important to keep the best players in the club
The players of the Danish national team held a pool party at the hotel with the participation of half-naked girls on the eve of the match with Moldova
Mourinho drank whiskey with McGregor in Rome and presented him with a Roma T-shirt with the 10th number. Conor called the coach a legend
Mane scored the 100th goal in the Premier League. He is the third player in history to reach this mark without a penalty