Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Xəyyamın fikirləri təhrif olundu, aparıcı etiraz etdi

Əməkdar artist Xəyyam Nisanovun "Özəl" proqramında verdiyi açıqlama müzakirə yaradıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, ifaçının mərhum sənətçi Reyhan Müslümova ilə bağlı fikirləri sosial mediada təhrif olunub.

Belə ki, müğənni R.Müslümovanın ona inandığını bildirsə də, səhifələrdə bunun əksi yer alıb. Aparıcı Kazım Sübhan isə paylaşım edərək yayılan informasiyanın düzgün olmadığını deyib.

Qeyd edək ki, X.Nisanovun proqramda bunları deyib:

"Rəhmətlik Reyhan Müslümovanın yanına gəldik. Yoldaşı da musiqiçi, pianoçu idi, dinlədi, dedi ki, bundan heç bir musiqiçi çıxmaz. Bu uşağın musiqidən xəbəri yoxdur. Mənə nədənsə inandı, yoldaşını məcbur etdi ki, biz bu uşaqla məşğul olmalıyıq. Yoldaşı yenə də inanmadı, dedi ki, bu işi öhdəmə götürə bilmərəm. Amma o, inandı, öhdəsinə götürdü. Həqiqətən də öz yoldaşına sübut etdi ki, bundan musiqiçi alınacaq. Mənə etibar etmişdi, böyük məsuliyyət idi. Çalışırdım, əziyyət çəkirdim".

Milli.Az