Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Xəzər dənizinin sahillərində 100-ə yaxın suiti məhv olub

Xəzər dənizinin Dağıstan sahillərində 100-ə yaxın suiti sahilə çıxaraq məhv olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Rusiya Federal Balıqçılıq Agentliyi ("Rosrıbalovstvo") məlumat yayıb.

Agentlikdən bildiriblər ki, Xəzər sularında balıq torları aşkar edilməyib və bu səbəbdən suitilərin balıqçılar tərəfindən öldürülməsi ehtimal olunmur.

İlkin məlumata görə, suitilərin ölümünə əlverişsiz hidrometeoroloji hava şəraiti səbəb olub. Nəsli kəsilməkdə olan Xəzər suitiləri Rusiyanın "Qırmızı kitabı"na daxil edilib. 2020-ci ildə Dağıstan sahillərində 300-dən çox ölmüş suiti tapılmışdı. O zaman alimlər suitilərin dəniz dibindən təbii qaz sızması nəticəsində məhv olduqlarını müəyyən etmişdilər.

Milli.Az