Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Xalq artistindən eşq etirafı: "Bir hərəkət bəs edir ki..."

Sevgi olan yerdə insanın yüz yox, min səhvini bağışlaya bilərsən. Ancaq hərdənbir bir hərəkət bəs edir ki, ayrılığa qərar verəsən.

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev Mədəniyyət tv-də qonaq olarkən deyib. Sevgi və aşiqlik arasındakı fərqlərdən danışan ulduz aparıcının "Deyirlər insan sevəndə kor olur, heç o səhvləri də görmür" rəyinə belə cavab verib:

"Bu, aşiqlik dövrüdür. Aşiqlik dövründən dərk edilən sevgiyə keçəndə yüngülvari soyuqqanlı olursan. Çünki aşiqlik vaxtı özümüzü gülməşəkər göstəririk. Bizdə olmayan xüsusiyyətləri göstərməyə çalışırıq. Bu, hər bir canlıya xas olan hərəkətdir. Zaman keçir, xasiyyətlər oturuşur, isinişirsən, keçərli bir səhvi olur, onu heç dilə gətirmirsən. Məna kəsb edən səhvdirsə, yavaşca deyirsən ki, əzizim, sevgilim etmə, yaxşı deyil. İnsan aşiq olanda hətta Məcnunluq da edə bilər".