Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Xarkovda Mədəniyyət evi bombalandı - Yaralılar var

Rusiya hərbçiləri Xarkov vilayətinin Lozova şəhərinin mərkəzinə raket zərbəsi endiriblər.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, raket zərbəsi nəticəsində biri uşaq olmaqla 7 nəfər yaralanıb. 

Raket şəhərin mərkəzində yerləşən mədəniyyət evinə düşüb. 

Xarkov vilayətinin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, yanğın söndürülüb və dağıntılar təmizlənir.

Milli.Az