Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Xoyda GÜCLÜ ZƏLZƏLƏ: 2 nəfər öldü, yaralıların sayı 700-ə yaxınlaşdı

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdə xəsarət alanların sayı 700 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, zəlzələ nəticəsində 2 nəfər ölüb, 660-dan çoxu isə yaralanıb. Qızıl Aypara Cəmiyyəti lazım gələrsə, zəlzələdən zərər çəkmiş ərazilərə texnika və işçi qüvvəsi göndərməyə hazır olduğunu bildirib.

Bildirilib ki, şəhərə dəyən ziyanın qiymətləndirilməsi üçün əraziyə işçi qrupu cəlb edilib.

xxx

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdə 2 nəfər ölüb, 580-dən çox insan isə yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Bildirilib ki, şəhərə dəyən ziyanın qiymətləndirilməsi üçün əraziyə işçi qrupu cəlb edilib.

Qeyd edək ki, daha öncə Tibb elmləri Universitetinin təcili tibbi yardım mərkəzinin rəisi Fərzin Rzazadə təbii fəlakət nəticəsində 3 nəfərin öldüyünü açıqlasa da, regionun qubernatoru onun bu açıqlamasını təkzib edib.

xxx

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində qeydə alınan zəlzələ nəticəsində 3 nəfər ölüb.

Publika.az IRNA-ya istinadla xəbər verir ki, bu barədə Qərbi Azərbaycan Fövqəladə Hallar İdarəsinin rəhbəri bildirib.

Qərbi Azərbaycan vilayətinin Tibb elmləri Universitetinin təcili tibbi yardım mərkəzinin rəisi Fərzin Rzazadə bildirib ki, təbii fəlakət zamanı yaralananların sayı 447-yə çatıb.

Qeyd edək ki, dağıntıların meydana gəldiyi Xoy Azərbaycan türklərinin kompakt yaşadığı şəhərlərdən biridir.

Xatırladaq ki, ötən gün İranda 5,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Xoy şəhərindən 8 kilometr cənub-qərbdə, ocağı isə 15 kilometr dərinlikdə yerləşib.

Hüseyn İbadlı