Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

"Ya arvadın, ya da biz dedilər, mən də arvadımı seçdim"

Sosial media fenomeni məşhur sima Selin Çiğercidən boşanan keçmiş futbolçu Gökhan Çıra etirafları ilə şok edib.

Milli.Az sia-ya istinadən xəbər verir ki, Gökhan Çıra, "Görüş" adlı proqramının qonağı olan Çıra, Selin Çiğerci ilə niyə boşandıqlarını açıqlayıb.

Məşhur adın etirafları hər kəsi şoka salıb. Gökhan Çıra futboldan ayrılmasının səbəbinin Çiğerci olduğunu söyləyib. Çıra "Ya arvadın, ya da biz dedilər, mən də futbolu buraxdım, arvadımı seçdim" deyib.

Çıra çıxışında "Onun üzündən məktəbi və işimi tərk etdim" deyərək Çiğerciyi çox sevdiyini söyləyib və "peşman deyiləm" sözlərini əlavə edib. O, ifadəsində "Həyat yoldaşımla məni mühakimə etdilər. Anam onun anasıdır. Hamımız əl - ələ idik. Bir yerdə idik, güc qəlbdədir. Pula görə insanlara hörmət etmirəm" deyib.

"Nə səbəbə boşandınız?" sualına "Sevgiylə boşandıq. Həmişə işdə, evdə, hər yerdə bir yerdəyik. Həddindən artıq qısqanclıq etməyə başlamışdıq. Dost qalaraq ayrıldıq. Mən əvvəlcə çox qısqanc idim, o da sonda çox qısqanc oldu.Biz düşmən deyilik, danışırıq. Yeni olduğu üçün çox çətin deyil. Amma gələcəkdə çətin ola bilər. Boşandıqdan sonra anam məni evə qoymadı. Bəlkə yenidən evlənəcəyik. Hər şeyin ən yaxşısı olsun" sözlərini deyib.

Milli.Az