Azerbaijan

Yaddaşı yaxşılaşdıran, depressiyanı dəf edən 3 MÖCÜZƏ

Amerikalı psixiatr Uma Naydu yaddaşın yaxşılaşmasına kömək edən, depressiya və narahatlığın qarşısını alan məhsulların adlarını açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə "Sputnik" CNBC-yə istinadla yazır.

Beyin hüceyrələrini sağlam saxlamaq üçün mütəxəssis tünd şokolad yeməyi məsləhət görür və deyir ki, nə qədər tünd olarsa, o qədər yaxşıdır. Tünd şokoladda beyin hüceyrələrinə faydalı təsir göstərən antioksidantlar və flavanollar var. Eyni zamanda normanı qorumaq lazımdır, çünki şokoladın çoxluğu qan damarları üçün zərərlidir. Araşdırmalar göstərib ki, rasionda tünd şokoladın optimal miqdarı həftədə 45 qram təşkil edir.

Giləmeyvə də beyin üçün olduqca faydalıdır. Naydunun sözlərinə görə, giləmeyvədə yaddaşı gücləndirən, koqnitiv qabiliyyətlərinin itirilməsini yavaşladan və oksidləşdirici streslə mübarizə üçün vacib olan antioksidantlar, qida maddələri, liflər, vitaminlər və minerallar var. "Əlavə olaraq, müxtəlif giləmeyvələri yemək narahatlıq pozğunluğunun simptomlarını zəiflətməyə və demensiya kimi neyrodegenerativ xəstəliklərin qarşısını almağa kömək edir", - deyə Naydu izah edib.

Narahatlığı azaltmağın və koqnitiv qabiliyyətlərin qorunub saxlanmasının başqa bir yolu da sarıkök yeməkdir. Göyərti, əsasən də ispanaq, manqold və acıqıjı yemək beyin üçün faydalı deyil: onların tərkibində folotalar var ki, bunlar da depressiya simptomlarının güclənməsinə səbəb ola bilər. Sonda Naydu turş kələm, miso, çay göbələk içkisi, qatıq və yoğurt daxil olmaqla daha çox mayalanmış məhsulları qidaya qəbul etməyi məsləhət görür.

Bu yaxınlarda həkim və diyetoloqlar qazlı içkilərinin beyin üçün zərərləri olması barədə xəbərdarlıq ediblər. Məsələn, kofeinli içkilər asılılıq yarada və yuxuya mənfi təsir göstərə bilər, şəkərli içkilər yaddaş problemlərinə səbəb olur, şəkərsizlər isə insult və demensiya riskini artırır.

Football news:

Ronald Koeman: It is not normal to demand from Barca to reach the 1/4, 1/2 or the Champions League final. There are clubs with 23 players from the national teams
Kick It Out wants to urgently discuss with Newcastle the behavior of fans. They were wearing items similar to Saudi hats
The Spanish government opposed the Super League by sending a letter to the Court of Justice of the European Union
Alexander Mostovoy about esports: This is not a real sport. There is nothing to do: neither run nor jump
Rooney is Interested in the position of head coach of Newcastle
Real Madrid, Atletico and Inter are Interested in the Austrian league's top scorer Adeyemi
The head of the Italian Football Federation about Ronaldo in Juve: Good for our football, but for the club it was not a positive transfer