Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Yanacaq sərfiyyatının artmasının

Avtomobil sürən şəxsləri maraqlandıran əsas məqamlardan biri yanacaq sərfiyyatıdır. Bəzi sürücülər yanacaq sərfiyyatı az olan avtomobillərə üstünlük versələr də, bəzi sürücülər üçün önəmli olan onun yanacaq sərfiyyatı yox, sürüş həzzidir.

Ümumilikdə avtomobilin yanacaq sərfiyyatına təsir edən müxtəlif amillər var. Bunlara aqressiv sürüş tərzi, küləyə qarşı müqavimət, təkərlərin havası, tıxac, hava şəraiti və başqaları aiddir. Lakin, bəzən sürücülər yanacaq sərfiyyatında hər zamankından fərqli olaraq ciddi şəkildə artım hiss edirlər. Bunun əsas səbəbi aşağıdakılardır.

  • Təkərlərin havasının az olması
  • Alışdırma şamlarının köhnəlməsi
  • Hava filtrinin, oksigen sensorunun kirlənməsi
  • Mühərrikin yağdəyişmə intervalının gecikdirilməsi
  • Sürətlər qutusunun işində nasazlıqların yaranması
  • Əyləc sisteminin nizamının düzgün aparılmaması
  • Təkərlər arasındakı bucağın düzgün seçilməməsi

Bundan əlavə havaların soyuq keçməsi də müəyyən qədər yanacaq sərfiyyatına təsir edir. Belə ki, soyuq havalar yağın axıcılıq qabiliyyətinə təsir etdiyi üçün mühərrikdə sürtünmə artır. Bu da mühərrik qızana qədər yanacaq sərfiyyatına mənfi təsir edir.

Bəs yanacaq sərfiyyatını necə azaltmaq olar?

  • ani sürətlənmələrdən və ani tormozlamadan qaçın
  • aqressiv sürüş tərzini dəyişin
  • kondisionerdən ancaq ehtiyac olduqda istifadə edin
  • avtomobilinizdəki əlavə yüklərdən qurtulun
  • hərəkətsiz anlarda mühərrikinizi söndürün
  • sürətlər qutusunda düzgün pilləni seçin 
  • avtomobilə vaxtı-vaxtında qulluq edin
  • yüksək keyfiyyətli və avtomobiliniz üçün nəzərdə tutulmuş yanacaqdan istifadə edin

Bundan başqa mühərrik həcmi yanacaq sərfiyyatına təsir edən əsas amillərdən biridir. Belə ki, şəhərdaxili qısa məsafələrdə iri mühərrikli avtomobillər daha çox yanacaq sərf edir. Uzun yollarda isə az mühərrikli avtomobillər...

Bəxtiyar Umarlı
Milli.Az