Azerbaijan

“Yanardağ”da Hindistanın 75 illiyi münasibətilə tədbir təşkil edildi

Hindistanın 75-illiyi münasibətilə keçirilən “Azadi Ka Amrit Mahotsav” (Hindistan ştatları) bayram tədbirləri çərçivəsində oktyabrın 14-də “Yanardağ” qoruğunda bu ölkənin ştatlarının təqdimatı olub.

Publika.az xəbər verir ki, tədbirdə Hindistanın Telenqana, Bihar, Kerala, Maharaştra, Mizoram, Pəncab, Tamilnadu və Uttar Pradeş ştatlarının memarlıq abidələri, turistik məkanları, yerli adət-ənənələri, musiqisi və hər bir ştata məxsus rəqslər təqdim edilib.

Qoruq rəhbərliyinə təşəkkür edən Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna belə tədbirin ölkələrimiz arasında əlaqələrinin inkişafına öz töhfəsini verəcəyini vurğulayıb.

Hindistanın müstəqilliyinin 75 illiyi münasibətilə keçirilən tədbirin əhəmiyyətindən danışan səfir qeyd edib ki, ölkəsi müxtəlif ştatlardan ibarətdir və hərəsi özəl xüsusiyyətlərə malikdir. Tədbirdə hər bir ştatın xüsusiyyətlərinə nəzər salınacaq.

Dövlət Turizm Agentliyinin Qoruqların İdarəetmə Mərkəzinin idarə heyəti sədrinin köməkçisi Orxan Abbasov “Yanardağ” qoruğunun turistlər arasında populyar bir yer olduğunu söyləyib və hindistanlı turistləri ölkəmizə səfərə dəvət edib.

Hindistanın Azərbaycandakı konsulu Sujeş Çandra Sinha AZƏRTAC-a verdiyi müsahibədə bildirib ki, ölkəsi qədim mədəniyyətə malikdir. Turizm baxımından da geniş imkanları var. Tədbirin keçirilməsində məqsəd Hindistanın turistik məkanlarını təşviq etmək və azərbaycanlı turistlər arasında bu ölkəyə maraq oyatmaqdır.

Konsul həmçinin qeyd edib ki, hindistanlılar arasında Azərbaycanı ziyarət etmək istəyənlər olduqca çoxdur. Buna görə də turizm sahəsində qarşılıqlı münasibətlər yaratmaq olduqca vacibdir.

Sonra Hindistan ştatlarının nümayəndələri çıxış ediblər. Onlar təmsil etdikləri ştatların mədəniyyəti, mətbəxi, tarixi abidələri, əhalisi, dili, universitetləri və ümumilikdə infrastrukturu haqqında məlumat veriblər.

Tədbir musiqili proqramla davam edib.

Football news:

Several Premier League clubs want to sign Hazard in the winter
Fabregas called Alexander Gleb his most underrated partner
Zlatan supported a gay player from Australia: Football is for everyone. My great respect
Ronaldo's girlfriend Georgina is pregnant. This will be the 5th child in the Cristiano family
The acting coach of Barcelona has been appointed Barhuan, who heads Barca B
Mbappe will miss the match with Lille due to illness. Ramos may return to the PSG general group next week
Lukaku's agent: Romelu kept Chelsea and Real Madrid in mind during his last season at Manchester United. Chelsea - the love of his childhood