Yardım üçün göndərdiyi əsər oğurlandı

Dərnəyə yardım toplamaq adı ilə təşkil olunan "Mood" mükafat mərasiminin rəsmilərinin ortadan yox olduğu iddia edilib.

Day.Az axşam.az-a istinadən bildirir ki, dərnəyə ianə toplanması məqsədi ilə bir çox tanınmış simanın göndərdiyi dəyərli əşyalar da itib. Sözügedən adlar arasında aktrisalar Nurgül Yeşilçay və Arzum Onanın da əsərləri yer alıb.

Bu barədə dərnək rəhbəri Azra Akın məlumat verib:

"Verilən vədlər yerinə yetirilmədi. Mükafat gecəsindən sonra ianələr hesabımıza yatırılmadı. Dostlarımız sənət əsərlərini bağışlamışdı. Arzum Onanın bağışladığı heykəli necə gəldi mühafizəyə verib qaçıblar. Amma Nurgül Yeşilçaya məxsus rəsm əsərindən hələ bir xəbər yoxdur".