Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Yarışda yeni proqramı təqdim etdim - Beynəlxalq “Ocaq” Kubokunun gümüş mükafatçısı

Bədii gimnastika üzrə I Beynəlxalq "Ocaq" Kubokunda gürzlərlə yeni proqram təqdim etdim.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə yarışın gümüş mükafatçısı Yuliya Qanzenko deyib.

"Grasiya" İdman Klubunun yetirməsi olan gənc idmançı 2012-ci il təvəllüdlü gimnastlar arasında iki proqramda - alətsiz və gürzlərlə hərəkətlər üzrə ikinci yeri tutub.

"Qızıl mükafat qazanmaq istərdim, amma ümumilikdə nəticədən razıyam. "Ocaq" kubokunda iki proqramda mübarizə apardım və hər birində medal qazandım. Çıxışdan sonra məşqçi məni təriflədi, çox məşq etməyə davam etməm lazım olduğunu söylədi", - deyə gənc gimnast qeyd edib.

Yuliya Qanzenko bildirib ki, indi yeni proqramla çıxış edir:

"Ötən Bakı birinciliyindən halqa və topla, "Ocaq" kubokunda gürzlə yeni hərəkətlər nümayiş etdirmişəm. Məşqlər asan deyildi, lakin yarışa hazırlıq həmişə gərgin məşqləri özündə nəzərdə tutur".

Qeyd edək ki, 25-27 noyabr tarixlərində "Ocaq Sport" klubu bədii gimnastika üzrə I Beynəlxalq "Ocaq" Kubokunu keçirir. Yarışlarda 3 ölkəni təmsil edən 317 gimnast, Azərbaycandan 200-dən çox gimnast iştirak edir.

2007-2016-cı il təvəllüdlü idmançılar həm fərdi proqramda, həm də qrup hərəkətlərində çıxış edirlər.

Milli.Az