Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

“Yaşıl Marafon” çərçivəsində Ağdaşda 2500 ağac əkilib

“Yaşıl Marafon” çərçivəsində Ağdaşda 2500 ağac əkilib

“Yaşıl Marafon” çərçivəsində Ağdaşda 2500 ağac əkilib

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində Ağdaş rayonunun meşə fondu torpağının 2 hektar ərazisində Nazirliyin rəsmilərinin, IDEA İctimai Birliyi və ETSN könüllülərinin iştirakı ilə 2500 ədəd meşəcinsli ağac əkilib və palıd toxumu səpilib.

Bizimyol.infoya bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Qeyd edək ki, payız ağac əkini ilə əlaqədar ölkə ərazisində genişmiqyaslı ağacəkmə tədbirləri keçirilir, meşə və qeyri-meşə fondu torpaqlarında hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif cinsli ağaclar əkilir, toxumlar səpilir.