Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Yataq otağında bunları etmək olmaz! - Alimlərdən xəbərdarlıq

Müasir dünyada yataq otağı nəinki yataq, yemək, qonaq, həm də idman otağına çevrilib. Alimlər xəbərdarlıq edib ki, bütün bunlar yuxuya mənfi təsir göstərir.

Milli.Az xəbər verir ki, bu barədə "Medical Xpress" məlumat yayıb.

Cənubi Uels Universitetinin tədqiqatçıları avstraliyalıların yataq otağında nə qədər vaxt keçirdikləri və uzanaraq televizora baxıb-baxmadığı barədə sorğu keçirib. Hesablamalara görə, könüllülər orta hesabla təxminən doqquz saat yarım yatırlar. Lakin tədqiqat iştirakçılarının təxminən yarısı yuxu problemlərindən və tez-tez oyanmalardan şikayətləniblər.

Alimlər hesab edirlər ki, bütün problemlərin kökündə bir çoxunun yataq otağından istirahət və dincəlmək məqsədi ilə istifadə etməməsi dayanır.

Buna görə də bəzən rahat yuxuya getmək, istirahət etmək və gündüz qayğılarından ayrılmaq çətindir. Bununla belə, bu tədqiqat daha böyük elmi layihənin birinci hissəsidir, bu müddət ərzində mütəxəssislər yuxu keyfiyyətinin səs-küy səviyyələrindən, işıqlandırmadan, otağın ölçüsündən, həmçinin oradakı temperatur və rütubətdən asılılığını öyrənmək niyyətindədirlər. Mebelin hazırlandığı materiallar və tərtibatın özünün də nəzərə alınması planlaşdırılır. (publika)

Milli.Az