Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Yayda ofisə necə geyinmək olar: 5 dəbli seçim - FOTO

İsti mövsümdə işə getmək üçün paltar seçmək çətinləşir: çöldə hava nə qədər isti olsa, bir o qədər yüngül geyinmək istəyirsən, lakin geyim koduna ən loyal münasibət göstərən şirkətdə belə trikotaj şortda və ya topda görünmək mümkün olmayacaq. 

Milli.Az oxucuları yayda ofisdə dəbli, eyni zamanda rahat geyinməyin yolları ilə tanış edir. 

Kətan dəst 

Kətan yayda ən rahat və praktik materiallardan biridir. Təbii parçanın əsas üstünlüyü odur ki, dərinin rahat nəfəs almasına imkan verir. Çöldə isti olsa belə, siz kətan şalvar və köynəkdə rahat olacaqsınız, çünki material tez nəm çıxarır və yüngülliyinə görə ekstremal temperaturlara dözməyi asanlaşdırır. Klassik kətan şalvarları ağ və ya hər hansı sadə köynəklə birləşdirin. Hündürdaban və ya rahat sandallar görünüşünüzün əla tamamlayıcısı olacaq. Rahat tərliklər ciddi siluetin fonunda yayın gəldiyini xatırladacaq. 

Midi ətək 

Qısa cins ətəklərdən bezən və ya sadəcə olaraq ayaqlarını çox açmağa hazır olmayanların mütləq müraciət edəcək əsas yay tendensiyalarından biri də onların uzun versiyasıdır. Mövsüm keçidlərində trenddə olan ortası yarıqlı ətəkləri seçin. Şifon bluz və ya pambıqdan sadə bir köynək belə ətəklərlə əla uyğunlaşacaq. Hava sərindirsə və işdə rahat bir gün keçirmək istəyirsinizsə, üzərinizə kətan bir pencək atın. Əgər ofisdən sonra ziyafətə və ya görüşə tələsirsinizsə, köynəyi güllü və ya dekolteli bir köynəklə əvəz edin. 

Cəlbedici rəng

Çox səy göstərmədən zərif və yaddaqalan bir görüntü yaratmağın ən asan yolu budur: cəlbedici rəngin monoxrom dəst. Sizə bir-biri ilə uzlaşan eyni çalarlı bir neçə geyim lazım olacaq. Parlaq rənglər öz işini görəcək: hətta sadə cins şalvarla oxşar tonlarda bir köynək də inanılmaz dərəcədə qəşəng görünəcək. Effekti artırmaq üçün parlaq kontrastlı aksesuarları seçin. 

Güllü ətəklər 

Özünüzü Parisdə hiss etmək istəyirsinizsə, ofisə hər zaman fransız qadınlarının üslubundan ilhamlanmış obrazda gələ bilərsiniz. Atlaz və ya ipəkdən hazırlanan güllü ətək və yüngül bluza ilə romantik bir stil yaradın. Baletka və "Mary-Jane" ayaqqabıları bu stil üçün ən doğru seçim olacaq. 

Uzun ətək 

Ultraminidən fərqli olaraq, maksi ətəklər bu yay başqa bir parlaq tendensiyadır. Uzun ətəklər qonaqlılar üçün vacib qarderob elementi hesab olunur, lakin onları gündəlik qarderobla uyğunlaşdırmaq asandır. Trikotaj bir zərif ətək seçin və onu sadə ağ köynəklə birləşdirin. Ümumiyyətlə, uzun yubka kifayət qədər açıq bir üst geyinməyə imkan verir, eyni zamanda üzərindən klassik bir köynək geyə bilərsiniz. (publika.az)

Milli.Az