Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Yeni gəlin elə bir paylaşım etdi ki: "2 il əvvəl kürəkən deyirdim, indi ərim oldu" - FOTO

"Tik-Tok"da paylaşılan toy videosu üzərində yazılan cümlələrə görə tənqid atəşinə tutulub.

Milli.Az sfera.az-a istinadən bildirir ki, Türkiyədə bir gənc qız toy videosuna "2020-ci ildə kürəkənim idi, 2022-ci ildə həyat yoldaşım" qeydini əlavə edib.  Bu isə sosial şəbəkə izləyiciləri arasında çaşqınlıq yaradıb.

Video qısa müddətdə müzakirə obyektinə çevrilib və istifadəçilər qeydlə bağlı paylaşımlar ediblər. "Ola bilsin ki, onlar uzaq qohumdurlar, ya da dostunun həyat yoldaşıdır", - deyə bəziləri iddia edib. Lakin tərəflərdən hələki heç bir açıqlama gəlməyib.

Sosial şəbəkələrdə videoya yazılan digər şərhlər isə belədir: "Dərhal tənqid etməyin, bəlkə dostunun arvadı olub",  "İnsanlar səhv etmiş ola bilər, bəlkə də həqiqəti tapıblar",  "Məncə etikadan kənardı, aşiq olsan da, yeznə demisən",  "Onların nə yaşadıqlarını bilmirik", "Etdikləri səhvdir" və s.

Milli.Az