Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Yoluxanların sayı artdı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 307 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 77, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 136, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 34 nəfərdir.

Milli.Az