Yoluxmalar artacaq: quru öskürək, qızdırma və...

Cənubi Afrika Respublikasından olan həkim Unben Pillay koronavirusun "omikron" ştamı ilə yoluxma zamanı yaranan əsas simptomları sadalayıb.

Day.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Ekspert vurğulayıb ki, hazırda yoluxanlarda xəstəlik əsasən yüngül formada gedir, lakin uzunmüddətli nəticələr çıxarmaq üçün hələ tezdir. "Qrip əlamətləri, quru öskürək, qızdırma, gecə tərləmələri və bədən ağrıları olan xəstələri gördük. Bu simptomlar COVID-19-un digər dalğalarındakı xəstəliyin əlamətlərinə bənzəyir".

Qeyd edək ki, bundan əvvəl Keyptaun Xəstəxanasının Yoluxucu Xəstəliklər Departamentinin rəhbəri Mark Mendelso koronavirusun "omikron" ştamı ilə mübarizə aparmağın yolunu açıqlamışdı. Onun sözlərinə görə, peyvənd xəstəlikdən effektiv şəkildə qoruyacaq. Mütəxəssis istisna etməyib ki, ştam immun sistemindən yayına bilər və bu, təkrar yoluxmaların sayını artıracaq. (publika.az)