Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Yunanıstana məxsus qırıcı qəzaya uğradı

Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus iki nəfərlik F-4 “Phantom” qırıcı təyyarəsinin bazar ertəsi təlim uçuşu zamanı İon dənizinə düşməsi nəticəsində iki pilot itkin düşmüş hesab edilir.

Publika.az xəbər verir ki, bu barədə “Ekathimerini” məlumat yayıb.

Yunanıstan Hərbi Hava Qüvvələrinin Baş Qərargahı açıqlamasında bildirib ki, qəza yerli vaxtla səhər saat 10.30-da Peloponnesin şimal-qərbindəki Andravida hava bazasından 25 dəniz mili (46 km) cənubunda baş verib.

Qəzanın səbəbi barədə hələlik məlumat verilmir.

Pilotların vəziyyəti məlum deyil, axtarış-xilasetmə əməliyyatı davam edir.

Əməliyyatda Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus iki AB-205 helikopteri, Yunan Hərbi Dəniz Qüvvələrinə aid bir S-70 helikopteri və bir neçə sahil mühafizə gəmisi iştirak edir. C-130 hərbi-nəqliyyat təyyarəsi gözləmə rejimindədir.

Akqabay