Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Yunanıstanda yüzlərlə binanı su basdı

Güclü yağış səbəbindən Yunanıstanın paytaxtı Afinada və digər şəhərlərdə yüzlərlə binanı su basıb, nəqliyyat iflic olub, maşınlar yollarda qalıb.

Publika.az xəbər verir ki, paytaxtın yanğınsöndürmə xidmətinə evlərdən su çəkmək üçün 300-dən çox müraciət edilib. Mülki müdafiə və iqlim dəyişikliyi naziri Xristos Stilianidisin sözlərinə görə, xilasedicilər Korfunun şimal-qərbindəki ucqar bölgələrdə insanları çıxarmaq üçün vertolyotlardan istifadə edirlər.

Hökumət qəzaların qarşısını almaq üçün zərər çəkmiş bölgələrdə yaşayanların mobil telefonlarına yunan və ingilis dillərində xəbərdarlıq siqnalları göndərir.