Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Zəfər amnistiyası indiyə qədər 3676 məhkuma şamil edilib

Zəfər günü münasibətilə Amnistiya aktı qəbul edildikdən sonra aidiyyəti qurumlara tapşırıqlar verildi. Aktın qəbul olunmasından keçən bir ay ərzində bu akt 3676 məhkuma tətbiq edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev bu gün 2021-ci il "8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Qərarın prokurorluq orqanları tərəfindən icrasına dair keçirilən brifinqdə deyib.

O bildirib ki, aktın icra edildiyi cəzaçəkmə müəssisələrinin sayı 1506 olub. Bununla yanaşı məntəqə tipli cəzaçəkmə müəssisələrində, məhkəmələrdə də aktın tətbiq edilməsi təmin olunub.

Amnistiyanın tətbiq edildiyi müəssisələrin 58 faizindən çoxu Bakı şəhərinin payına düşür.

Qeyd edək ki, noyabrın 5-də Milli Məclis Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Qərar qəbul edilən gündən qüvvəyə minib.

Amnistiya aktının ümumilikdə 15 min nəfərə şamil olunması gözlənilir.

Zəfər günü ilə bağlı elan edilən Amnistiya aktının tətbiqi nəticəsində 1921 şəxs azadlığa buraxılıb.

Amnistiya aktı tətbiq edilən şəxslərin 3448 nəfərini kişilər, 228 nəfərini isə qadınlar təşkil edib.

Zəfər günü ilə bağlı elan olunan Amnistiya aktı 16 xarici vətəndaşa tətbiq edilib. Bunlardan 8 nəfəri Gürcüstan, 1 nəfəri Rusiya, 2 nəfəri Türkiyə, 1 nəfəri Ukrayna, 4 nəfəri isə İran vətəndaşı olub.

Milli.Az