Zəfər xronikası 25 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Qubadlının işğaldan azad olunduğunu açıqlayıb

Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 25 oktyabr 2020-ci ildə özünün rəsmi "Twitter" səhifəsində etdiyi paylaşımda bildirib.