Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Zasdan KTMT AÇIQLAMASI: münaqişələrin həlli üçün...

KTMT-nin baş katibi Stanislav Zas təşkilatın məsuliyyəti sahəsində münaqişələrin həllini ümumi vəzifə adlandırıb.

Publika.az xəbər verir ki, o, bu barədə Belarusun ONT telekanalının efirində bildirib.

Onun sözlərinə görə, Belarusun 2023-cü ildə KTMT-yə sədrlik etməsinin prioriteti təşkilat zonasında bütün mövcud münaqişələrin həllidir.

O qeyd edib ki, bu, dövlətlərin öz işidir demək düzgün deyil. Zas əlavə edib ki, bütün KTMT üzvlərinin ümumi vəzifəsi münaqişələri həll etməkdir.

Həmçinin qurumun baş katibi təşkilata tələbat olacağına əmindir və onun perspektivinə şübhə etmir.

Xatırladaq ki, noyabrın 23-də İrəvanda KTMT-yə üzv ölkələrin sammiti keçirilib. Görüşün əsas mövzuları Dağlıq Qarabağ və Ukrayna ətrafında vəziyyət olub.

Noyabrın 24-də Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin bəyannaməsini imzalamaqdan imtina etdiyini açıqlayıb. O, bunu sənədin, onun fikrincə, "kifayət qədər yekunlaşdırılmaması" ilə izah edib.

Hüseyn İbadlı