Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Zaur Xoşqədəmə söz atdı: "Səhər-səhər ağlaşma qurmaq dəbi..."

Aparıcı Zaur Baxşəliyev aparıcılıq etdiyi "Zaurla Günaydın" verilişində həmkarı Xoşqədəm Hidayətqızına söz atıb.

Publika.az xəbər verir ki, Zaur Baxşəliyev verilişə qonaq olan əməkdar artist Dilarə Əliyevadan zarafatla ağlamasını xahiş edib: "Axı, səhər-səhər ağlaşma qurmaq dəbdir. Səhər tezdən heç ağlaşma qurmayan adamdan bir ağlaşma görək. Görürəm ki, insanların səhər-səhər ağlaşma eşitmək çox xoşuna gəlir".

Qeyd edək ki, Xoşqədəm Hidayətqızı və həyat yoldaşı Doğuşun şənbə və bazar günləri aparıcılıq etdikləri "Günaydın Azərbaycan" verilişində qəmli notlara da toxunurlar.