Əziz Sancar Şuşaya səfər edib

Azərbaycanda səfərdə olan Nobel mükafatı laureatı, professor Əziz Sancar Şuşaya gedib.
 

APA-nın məlumatına görə, bu barədə onunla birgə Şuşaya səfər edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı "Tvitter"də paylaşım edib.

Səfir Şuşanın yayının ayrı, qışının ayrı gözəl olduğunu yazıb: "Ciyərlərimiz Qafqazın havası ilə doldu. Çox şükür".