Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

"Zorakılıqları dayandır" - İranın sünni liderlərinin molla rejimindən tələbi - VİDEO

İranın cənubundakı Sistan və Baluçistan vilayətinin sünni liderləri video müraciət yayaraq İslam Respublikasının hakimiyyətini etirazlara zorakılıqla divan tutulmasını dayandırmağa çağırıb, bunun "əsası olmadığını" bildirib.

Videoda deyilir ki, Xaş, Taftan və Mircavə şəhərlərinin sünni ruhaniləri vilayət ağsaqqalları və mədəniyyət xadimlərinin mövqeyini bölüşür, Zahedan və Xaşda Qanlı Cümə repressiyasını pisləyərək "milli həmrəylik" bildirir.

Bu ayın əvvəlində İranın sünni əhalisinin lideri sayılan Molavi Abdulhamid deyib ki, Zahedanda etirazçıların öldürülməsinə görə aparıcı rəsmilər, o cümlədən Ali dini lider Ayətullah Əli Xameneyi məsuliyyət daşıyır. O, "siyasəti xalqın arzusuna uyğun dəyişdirmək" üçün beynəlxalq müşahidəçilərin iştirakıyla dərhal referendum keçirməyə çağırmışdı. Əmininin ölümü minlərlə iranlının küçələrə çıxmasına səbəb olub. Onlar azadlıq, qadın hüquqlarının təmin olunmasını tələb edirlər.

Azər Nuriyev
Milli.Az