Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

40 ilə yaxındır, evlərini sənədləşdirə bilmirlər -

40 ilə yaxındır Abşeron rayonu, Xırdalan şəhəri Medkalon adlanan yaşayış massivində yaşayırlar. Amma evlərini sənədləşdirə bilmirlər. İllərdir evlərinə sənəd alan bilməyən  bir neçə ailə döymədikləri qapı  qalmadığını bildirir.

Bir evdə üç nəsil dəyişir, amma evlərini sənədləşdirə bilmirlər.

Abşeron rayonu, Xırdalan şəhəri Medkalon adlanan yaşayış massivində bir neçə ailə evlərinə sənəd ala bilmir. 

Sakinlər  məsələylə bağlı məhkəməyə  müraciət etsə də heç bir müsbət nəticəsi olmadığını bildirirlər. Onlar problemlə bağlı İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə dəfələrlə müraciət etdiklərini deyir.

Milli.Az xəbər verir ki, məsələylə bağlı Xəzər Xəbər Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edib. Vətəndaşlar mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edib. Qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil sahəsinə  dair hüquqmüəyyənedici sənədlər olmadığı üçün Əmlak Məsələləri Dövlət Xidməti  tərəfindən mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmayıb. Həmçinin vətəndaşlar tərəfindən məsələ ilə bağlı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizə ilə müraciət edilib, lakin Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə iddia rədd edilib.

Milli.Az