Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Yüzlərlə pişiyi kəsib, quzu əti kimi satacaqdılar

Çində polis 1000-ə yaxın pişiyi bir yük maşınından kəsimxanaya apararkən yolda xilas edib.

Publika.az Çin mediasına istinadən xəbər verir ki, bununla da fırıldaqçılıq yolu ilə pişik ətini donuz və ya qoyun əti kimi satan qanunsuz ticarətin qarşısı alınıb. Hesabatda deyilir ki, müdaxilə olmasaydı pişiklərin kəsilərək şişlik üçün donuz və quzu əti, eləcə də kolbasa kimi istifadəyə verilməsi nəzərdə tutulurmuş.

Polis və kənd təsərrüfatı orqanları pişikləri sığınacağa göndəriblər. Dövlətə bağlı xəbər orqanı "The Paper" bildirib ki, 20,500 dollara qədər pul qazanıla biləcək bir planın qarşısı alınıb. Hesabatda hər hansı həbsin olub-olmadığı, pişiklərin sahibsiz və ya ev heyvanı olub-olmadığı qeyd edilməyib.

"The Paper"in məlumatına görə, heyvan fəalları əvvəlcə qəbiristanlığın yaxınlığında içərisində çoxlu pişiyi daşıyan mismarlanmış taxta qutuların olduğunu görüblər.

Qeyd edək ki, ölkə qida təhlükəsizliyi qalmaqalları ilə bağlı uzun bir tarixə malikdir. Bu yaxınlarda Çində məktəb yeməklərindən birinin içərisində siçovul başı tapılması səs-küyə səbəb olmuşdu.

Xatırladaq ki, Çində mal-qaranı və nəsli kəsilməkdə olan heyvanları tənzimləyən və qoruyan qanunlar olsa da, ev heyvanları və sahibsiz itlər və pişiklər üçün heyvan qəddarlığını hədəfləyən ümumi qanun yoxdur.

Nəzrin