Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti erməni əhalinin Qarabağı tərk etməsini etnik təmizləmə adlandırmayıb.
Day.Az xəbər verir ki, Britaniya parlamentinin İcmalar Palatasında Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə toxunulub.
"Xeyr, mən razı deyiləm. Amma deməliyəm ki, Xarici İşlər Nazirliyi hər iki tərəfi dialoqu bərpa etməyə çağırıb. Danışıqlar davamlı sülh üçün əsas olacaq", - o, parlamentdə müzakirələr zamanı təxribat xarakterli sualı cavablandırarkən deyib.