Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Dünyanın ən bahalı 10 liqası

Nüfuzlu “Transfermarkt” internet portalı özünün Telegram kanalında klubların siyahılarının ümumi dəyərinə əsasən dünyanın ən bahalı futbol liqalarının siyahısını dərc edib.

Publika.az xəbər verir ki, reytinqə inamlı fərqlə İngiltərə Premyer Liqası başçılıq edir. İlk 3-lüyə İspaniya La Liqası və İtaliya A Seriyası da daxildir. Türkiyə Super Liqası 9-cu yerdə qərarlaşıb.

Dünyanın ən bahalı 10 futbol liqası:

Premyer Liqa (İngiltərə) – 11,04 milyard avro.

La Liqa (İspaniya) – 4,77 milyard avro.

A Seriyası (İtaliya) – 4,71 milyard avro.

Bundesliqa (Almaniya) – 4,31 milyard avro.

Liqa 1 (Fransa) – 3,68 milyard avro.

A seriyası (Braziliya) – 1,44 milyard avro.

Primeyra (Portuqaliya) – 1,35 milyard avro.

MLS (ABŞ) – 1,27 milyard avro.

Super Liqa (Türkiyə) – 1,15 milyard avro.

Pro Liqa (Səudiyyə Ərəbistanı) – 1,07 milyard avro.