Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bu insanlar zeytun yağından QAÇSIN: Təhlükəli tərəfləri

Dietoloq Elena Solomatina zeytun yağı kimi sağlam məhsulu hər kəsin istifadə edə bilməyəcəyini söyləyib.

Milli.Az lent.az-a istinadən bildirir ki,  o, zeytun yağının bəzi insanlar üçün əlavə sağlamlıq problemlərinə səbəb ola biləcəyini deyib.

Həkim xəbərdarlıq edib ki, zeytun yağı qaraciyəri sağlam olmayan və ya öd daşı xəstəliyindən əziyyət çəkənlər üçün arzuolunmazdır. Əlavə edib ki, öd yollarında problemlər yaranarsa, zeytun yağı təhlükəli ola bilər.

Dietoloq hipotenziv xəstələrə də məhsulu ehtiyatla istifadə etməyi tövsiyə edir. Çünki həddindən artıq istifadə edildikdə, yağ qan təzyiqini aşağı sala bilər. 

Bundan əlavə, Solomatina, məhsulun demək olar ki, 900 kilokalori olduğunu xatırladıb. Başqa bir əks göstəriş zeytuna qarşı allergiya da ola b`ilər.

Milli.Az