Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

"Ermənistan Rusiya hərbi bazalarının mövcudluğunda heç bir üstünlük görmür"

Ermənistanın baş naziri Nikol Paşinyan yaxın aylarda Azərbaycanla sülh nizamlanması perspektivlərinə nikbin yanaşır.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, o, bu barədə "The Wall Street Journal" nəşrinə müsahibəsində bildirib.

Baş nazir ölkəsinin Rusiya ilə tarixi əlaqələri ilə bağlı suala cavab olaraq Ermənistanın türk qonşuları - Türkiyə və Azərbaycanla daha uzunmüddətli tarixi əlaqələrinə diqqət çəkib.

"Bütün suallar buradadır və bütün cavablar da buradadır. Biz ilk növbədə regional əlaqələrimizi yaxşılaşdırmağa çalışmalıyıq", - deyə Paşinyan bəyan edib.
Ermənistan lideri qeyd edib ki, ölkəsi yeni tərəfdaşlar axtarır, çünki Moskva, xüsusən də son bir ayda müttəfiq kimi öhdəliklərini yerinə yetirmir.

"Bu hadisələr bizi mahiyyətcə təhlükəsizlik üzrə əlaqələrimizi şaxələndirmək qərarına gətirib çıxardı və biz hazırda buna çalışırıq", - hökumət başçısı vurğulayıb.

O əlavə edib ki, bu baxımdan Ermənistanda Rusiya hərbi bazalarının mövcudluğunu saxlamaqda heç bir üstünlük görmür.

Milli.Az