Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Balasanyan həbs edildi: separatçılar niyə “təmizlənir”?

İrəvanda erməni separatçıların “təhlükəsizlik şurasının keçmiş katibi” Vitali Balasanyana qarşı cinayət işinin açılması qanunsuz silah saxlama maddəsi ilə əlaqələndirilsə də, həbs səbəbi siyasi amillə əlaqəli ola bilər.

Publika.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Onun fikrincə, Baş nazir Nikol Paşinyan Ermənistana köçən bir qrup separatçıya göz dağı vermək istəyir:

“Bəlli olub ki, Qarabağdan Ermənistana köçən ermənilərin bir qismində silah aşkarlanıb. Bu silahların gələcəkdə hakimiyyətə qarşı yönəlməməsi üçün Paşinyan böyük ehtimalla separatçıların liderlərini nəzarətə götürmək əmrini verib. Açılan cinayət işləri separatçıları Paşinyana qarşı gələcək addımlardan çəkindirməlidir. Nikol Paşinyan Qarabağ ermənilərinin mütləq əksəriyyətini İrəvana buraxmamaqla, ucqar şəhər, qəsəbə və kəndlərdə yerləşdirməklə doğru gediş edib. Qarabağ erməniləri bu vəziyyətdə Ermənistanın radikal müxalifətinə güc qata bilməyəcəklər”.