"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının III turunun "Bayer"lə matçından öncə mətbuat konfransında iştirak edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis rəqibin baxımlı oyun sərgilədiyini və Bundesliqada lider olduğunu bildirib:
"Çox ciddi komandaya qarşı oynayacağıq. Ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Biz hər komandaya qarşı fərqli hazırlıq keçirik. Rəqib isə 2-3 sistemdə oynaya bilir. Futbolçular bu cür qarşılaşmalarda oynadıqca böyüyür".
Qurbanov matç üçün start heyətin bəlli olduğunu vurğulayıb: "Görüşün gedişində müəyyən dəyişikliklər ola bilər".
Xatırladaq ki, oktyabrın 26-da "Bay-Arena"da keçiriləcək "Bayer" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Milli.Az