Avokadonun ürəkdən tutmuş, dəriyə qədər bir çox faydaları vardır.
Day.Az medicina.az-a istinadən xəbər verir ki, vətəni Meksika və Mərkəzi Amerika olan avokadonun tərkibi C, B, E, K vitamini, folik asid, dəmir, maqnezium və potasiumla zəngindir. Həkimlər bildirirlər ki, bu meyvə Omeqa-3 və 6 tərkibi ilə ürəyin də dostudur. Yüksək potasium tərkibi isə təzyiq xəstələrinə şəfalıdır.
Bundan başqa, avokado kosmetik məqsədlə də istifadə edilir. Sədəf və ekzema kimi xəstəliklərdə, qırışıqlar və ləkələr üçün maska kimi tətbiq edilir. Tərkibində dəmir yüksək olduğu üçün qan azlığından əziyyət çəkənlərə də məsləhət edilir. K vitamini isə sümüklərdə kalsium deposunu artırır.
Əgər meyvə bərkdirsə, yumşalmasını gözləyin. Qabığını üz ləkələri üçün maska olaraq istifadə edə bilərsiniz. Mütəxəssislər bildirirlər ki, 6 ay boyunca hər gün avokado yemək faydalıdır. Dəridə istifadə edərkən diqqətli olmaq lazımdır. Bu allergiya, qaşıntıya səbəb ola bilər. Qanı sulandırdığı üçün dərman istifadə edənlər də diqqətli olmalıdır.