Bu gün "Bizimləsən" ictimai-sosial verilişinin canlı efirində gərgin dolu anlar yaşanıb.
Milli.Az bizim media-ya istinadla xəbər verir ki, sözügedən proqramda ekspert qismində iştirak edən vəkil Zülfiyyə Bayramova və müğənni Nüşabə Musayeva üç uşağı həyat yoldaşının üstünə atıb evdən qaçan Firəngiz adlı qadınla qalmaqal yaşayıblar.
Firəngizin bu addımını Nüşabə sərt şəkildə qınayıb: "Biz sənin o atdığın üç övladın üçün əziyyət çəkirik. Onların gələcəyi ilə bağlı fikirlər bildirib, müzakirə edirik. Sən bura davaya gəlmisən. Danışanda səs tonunu aşağı sal. Özünü ana kimi apar. Sən 3 uşaq anasısan. Evdə ərin, qayınananla danışmırsan. Burada bu qədər insan və ağsaqqal, ağbirçəklər oturub. Uşaqlarına sahib çıxa bilirsən çıx, çıxa bilmirdinsə onları dünyaya gətirməzdin. Bəli, mən səni qınayıram. Mən uşaqlarına elə yanaşan anaları qınayıram. Burada səni heç kim nə təhqir edir nə də ünvanına pis söz deyir. Sən öz hüququnu və davranış tərzini bilmirsən".
Bu anda isə Zülfiyyə söhbətə müdaxilə edərək Nüşabənin haqlı olduğunu söyləyib. Vəkil əsəbi halda 3 uşağından imtina edən qadının bu hərəkətini pisləyib: "Mən sənin üstünə ona görə qışqırıram ki, heç olmasa ana və 3 uşağının olduğunu dərk edəsən. Sənin üstünə qışqırmağa çox gözəl haqqım var. Əgər sən özünü bu verilişə müzakirəyə gətirib çıxartmısansa, sənin üstünə qışqırmağa da haqqım var, hələ üstəlik o tərəfə də keçməyə haqqım var.
Sən özün özünü gətirmisən bura müzakirəyə, gəlib oturmusan mənim və digər hörmətli və dəyərli ekspertlərin qarşısında ki, məni müzakirə edin, mənim qabiliyyətim yoxdur. Bunun danışığına bax bir... Adım var deyə bilirsən amma uşaq saxlamağı bilmirsən. Sənin ərin atıb uşaqları küçələrə, Zaur Baxşəliyevin, mənim və digər ekspertlərin üstünə. Adım var deyir, buna bir bax sən".
Canlı efirdə yayımlanan sözügedən qalmaqallı görüntüləri təqdim edirik:
Milli.Az