Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

ABŞ-da koronavirusdan ölənlərin sayı 743 mini ötüb

ABŞ-da son sutka ərzində koronavirusa 73 595 yoluxma və 1 486 ölüm faktı qeydə alınıb.

Milli.Az "Report"a istinadən bildirir ki, ABŞ-da indiyə qədər 45 718 511 nəfər COVID-19 infeksiyasına yoluxub, 35 285 214 pasiyent sağalıb.

Müalicə alan 743 642 xəstənin həyatını xilas etmək mümkün olmayıb. Aktiv xəstələrin sayı isə 9 689 655 nəfərdir. Onlardan 15 868-nin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ həm COVID-19 infeksiyasına yoluxma, həm də ölüm hallarının sayına görə dünyada birinci yerdədir.

Milli.Az