Acun İlicalı İngiltərə klubunu satın alır

Məşhur türkiyəli iş adamı və aparıcı Acun İlicalı yenidən futbol klubu almaq sevdasına düşüb.

Day.Az Offsideplus.az-a istinadən xəbər verir ki, o, İngiltərənin "Hall Siti" klubunun səhmlərini almaq niyyətindədir. Məlumatlara görə, Acun klubun hazırkı sahibi, misirli iş adamı Assem Allamla razılığa gəlib.

O, "Hall Siti" üçün 30 milyon ingilis funtu ödəyəcək. Müqaviləyə müxtəlif bonuslar da daxildir.

Əgər adıçəkilən klub Premyer Liqaya yüksələrsə, Acun əlavə 20 milyon funt sterlinq də ödəməli olacaq.

Qeyd edək ki, "Hall Siti" hazırda İngiltərə Çempionşipində mübarizə aparır və 25 klub içində 22-ci pillədə qərarlaşıb.