Atatürkü o canlandıracaq

Aktyor Aras Bulut İynemli Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü canlandıracaq.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə jurnalist Ayşe Arman instaqramda bildirib.

O, layihənin "Lanistar Medya" tərəfindən hazırlandığını, ekran işinin rejissorunun Mehmet Ada Öztekin olduğunu bildirib.

Layihə 2023-cü ildə Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə təqdim olunacaq.

Qeyd edək ki, A. B. İynemli tamaşaçılara daha çox "Öyle bir geçer zaman ki", "Çukur" serialları, həmçinin "7. Koğuştaki mucize" filmindən tanışdır.