Azerbaijan

Avtomobillərin arxa yan şüşələrinə vurulan “plyonka” necə olmalıdır…

Avtomobillərin arxa yan şüşələrinə vurulan "plyonka" necə olmalıdır...

Avtomobillərin arxa yan şüşələrinə vurulan "plyonka" məsələsi illərdir ki, həllini tapmır.

Sürücülərə mayın 1-dən noyabrın 15-nə kimi avtomobillərinin arxa yan şüşələrinə plyonka çəkməyə icazə verilir. Noyabrın 15-dən sonra isə, avtomobillər saxlanılır, plyonkalar sökdürülür və sürücülər cərimə edilir. Hər il bu mövzuya toxunulsa da, görünür məsələnin belə şəkildə uzadılmasının kiməsə faydası var.

Əslində, “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəfaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilib. Qanuna görə, işıq buraxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir. Qeyd edək ki, standartlara görə, avtomobillərdə sürücü üçün görünüşü təmin edən şüşənin işıqburaxma qabiliyyəti küləyə qarşı şüşələr üçün - 75 faiz, küləyə qarşı olmayan digər şüşələr üçün - 70 faizdir. Arxa şüşənin işıqburaxma qabiliyyəti isə sürücünün salondan arxa görüşünü təmin etmək şərti ilə normallaşdırılmayıb.

"Yol hərəkəti haqqında" qanuna görə, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş şüşələrinə, örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır.

Bu ilin fevral ayında Milli Məclisdə "Yol hərəkəti haqqında” Qanuna dəyişiklik edilməsi müzakirəyə çıxarılmışdı. Dəyişikliyə görə, sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəyi təklif edilib.

Aprel ayında imzalanan sərəncama görə isə, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydasının layihəsini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir. Ancaq hələ ki, bu məsələdən səs soraq yoxdur. Bu isə o deməkdir ki, noyabrın 15-nə bir ay qalmasına baxmayaraq, sürücülər hər an xoş olmayan sürprizlə qarşılaşmalı ola bilərlər. Əgər Nazirlər Kabineti, vurulan plyonkaların tündlüyü ilə bağlı məsələni gündəmə gətirsə və təklif edilən dəyişikliklər həllini tapsa, sürücülər plyonkaları sökdürməli olacaq. Hazırda məsələ Nazirlər Kabinetində müzakirə mərhələsindədir.

Avtomobil bazarında ucuz plyonkanın qiyməti, 30 manatdan başlayır. Xatırladaq ki, plyonka ilə bağlı cərimənin miqdarı 150 manatdır.

İlahin, Bizimyol.info

Football news:

The talent from the Netherlands just disappeared. He left Juventus on loan, asked for leave to return home - and disappeared
PSG offered Fati a salary of 15 million euros a year and a signing bonus of 30 million euros. They wanted to sign him to replace Mbappe
Beppe Marotta: Lukaku went to Chelsea to get twice as much. After selling him for 115 million, Inter signed Dzeko for free - there is no difference
Pogba on vegan cleats: It's bold and unique. I can't wait to go out on the field in them
Julian Nagelsmann: There is no compulsory vaccination either in Germany or in Bavaria. I am for vaccination
Sulscher on Ronaldo and Salah: I will be on Cristiano's side in any dispute. But now Mohamed is on fire
We have lost team football. We wanted to help Ronaldo succeed. Bonucci and Chiellini - about the disadvantages of playing with Cristiano