Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Aygün Kazımovanın paltarından geyindi -

Xalq artisti Aygün Kazımovanın bir müddət əvvəl gündəmə gələn bahalı geyimlərindən birindən bu dəfə müğənni Türkan Vəlizadə istifadə edib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, Türkan açıq yaşıl rəngli pencək və ətəklə fotolarını sosial şəbəkədə yayımlayıb. O, kostyumu yerli mağazalardan birindən əldə etdiyini vurğulayıb.

Sözügedən dəstin bənzər və bir az tünd rənglisini Kazımova aylar əvvəl qatıldığı məclisdə istifadə edib. Kazımovanın geyindiyi dəst "The Attico" brendindəndir. Ətəyin qiyməti 578 dollar (982 manat), pencək isə 1635 dollardır (2779 manat).

Milli.Az