Azerbaijan

"Azərbaycan Ermənistan ilə münasibətləri normallaşdırmağa hazırdır" -

"Bütün çətinliklərə baxmayaraq Azərbaycan beynəlxalq hüququn prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərzi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında Ermənistan ilə münasibətlərin normallaşmasına hazırdır".

Milli.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov MDB üzv ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.

O, Azərbaycanın qeyd olunan prinsiplərə riayət etməklə Ermənistan ilə sərhədlərin delimitasiya və demarkasiya prosesinin başlanılmasına çağırdığını qeyd edib.

Nazir Azərbaycanın üçtərəfli bəyanatlardan irəli gələn öhdəliklərin, o cümlədən regionda bütün kommunikasiya əlaqələrinin açılması üzrə razılaşmaların yerinə yetirilməsinə sadiq olduğunu vurğulayıb.

C.Bayramov kommunikasiya əlaqələrinin açılmasının regiondakı bütün dövlətlərə fayda gətirəcəyi və beynəlxalq nəqliyyat layihələrində Cənubi Qafqazın rolunu gücləndirəcəyindən əminlik ifadə edib.

Milli.Az

Football news:

A fiery meeting of PSG in Marseille: Neymar even had difficulty giving corners - he was protected by nets and shields
Pochettino after 0-0 with Marseille: I am pleased with the progress and development of PSG. Neymar showed commitment to the team
Courtois and Valverde were injured following the match with Barca
Mourinho, Spalletti, Inzaghi and Gasperini were removed in the Sunday matches of Serie A
Klopp calls Salah the best in the world. This season is a treasure trove of convincing arguments
Simone Inzaghi: Juventus could only have scored from the penalty spot. Inter controlled the match from start to finish
Juventus broke a series of 6 wins by drawing with Inter. The Torino team did not lose 9 matches