Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Azərbaycan yenidən gücünü işə salmalıdır, başqa yolu yoxdur -

"Ermənistan qərarsız bir ölkədir".

Bunu Milli.Az-a açıqlamasında Türkiyənin təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib.

Türkiyəli ekspert bildirib ki, Azərbaycan Ermənistanın götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün gücünü göstərməlidir:

"44 günlük müharibədən Ermənistanın çox ağır yaraları var, və digər bir yandan da çox böyük güvənsizlik yaradan addımlar atmaqla məşğuldur. İmza atdığı üçtərəfli bəyanatlarla davranışları bir-birindən çox fərqlənir. Bütün bunların hamısı başa düşülə biləcək məsələlərdir, yəni hamısı olması mümkün proseslərdir. Onsuz da Azərbaycan da bu gerçəyi bildiyi üçün qarşıdakı dövrü öz gücünə arxalanaraq həll etmək mərhələsindədir. Azərbaycan bir yolla Ermənistanı diqtə etdiyi kimi davranmağa vadar etməyə doğru gedir. 

Rəsmi Bakı güc amilləri hesab edilən vasitələrdən yararlanaraq, diplomatik kanallardan istifadə edərək, Ermənistanın çarəsizliyini hər kəsə göstərərək və açığı Ermənistanın oynadığı oyunları bilərək və qabaqlayıcı tədbirlər görərək, hansı güclərə arxalandığını, kimləri prosesə qoşmağa çalışdığını bilərək öz oyununu qurmaq, eləcə də Ermənistana öz oyununu qəbul etdirmək məcburiyyətindədir. Yoxsa Ermənistan öz iradəsi ilə və ya onu istiqamətləndirən güclərin ümidinə qaldığı təqdirdə üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınacaq, Azərbaycanın istədiyi kimi hərəkət etməyəcəkdir. Bu, həqiqətdir!".

Təhməz Əsədov
Milli.Az