Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Bakıda ticarət mərkəzi yanır - yanğın ətrafdakı ticarət obyektlərinə keçib - VİDEO - FOTO -

Bakı şəhəri, Nərimanov rayonunda, Nərimanov metrostansiyası yaxınlığında "Metro-City" ticarət mərkəzində başlayan yanğın ətrafdakı ticarət obyektlərinə də keçib.

APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, ticarət mərkəzinin yaxınlığındakı Mobil telefon satışı dükanlarında və aptekdə də yanğın başlayıb.

Yanğının söndürülməsi üçün 10 yanğınsöndürmə maşını və 70 yanğınsöndürən cəlb olunub.

Hazırda yanğınsöndürənlər əsas diqqəti yanğının yaxınlıqdakı çoxmərtəbəli yaşayış binasına keçməsinin qarşısını almağa yönəldib.

--------

Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarlardan bir neçəsi qafqazinfo-ya bildirib ki, ticarət mərkəzi saat 9-da açılır. Ona görə də mağaza sahibləri içəridə olmayıb. Yanğın təxminən 8:00-8:30 radələrində başlayıb.

--------

Bakının Nərimanov rayonunda yanğın başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yanğın Nərimanov rayonunda yerləşən "Metro City" ticarət mərkəzində başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Milli.Az