Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Bloqerin həyat yoldaşı döyülərək ölüb? -

Tanınmış bloqer Ayşən Mirzəyevanın bir həftə öncə birgə nikaha daxil olduğu əri Kamal Namazov vəfat edib. A.Mirzəyeva iddia edib ki, bir neçə gün öncə əri iki nəfər idmançı şəxs tərəfindən döyülüb və ciyərindən xəsarət alıb. 

Baş Prokurorluğun Mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, paytaxt sakini 1984-cü il təvəllüdlü Kamal Namazovun yaşadığı evdə ölməsi barədə Nəsimi rayon prokurorluğuna məlumat daxil olub.

K.Namazovun ölümünün səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilib. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

Milli.Az