Azerbaijan

Bosniya və Herseqovina "Eurovision 2022" mahnı müsabiqəsinə qatılmayacaq

Bosniya və Herseqovina İtaliyada keçiriləcək "Eurovision 2022" mahnı müsabiqəsində iştirak etməyəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Bosniya və Herseqovinanın teleradio şirkəti "BHRT" məlumat yayıb.

Buna səbəb kimi "BHRT" ilə Avropa Yayım Birliyi arasındakı hələ də həll olunmayan maliyyə problemləri göstərilir. Belə ki, "BHRT" Avropa Yayım Birliyinə olan borcunu ödəyənə qədər ölkə "Eurovision"da iştirak edə bilməyəcək.

Xatırladaq ki, Bosniya və Herseqovina sonuncu dəfə 2016-cı ildə "Eurovision" mahnı müsabiqəsinə Dalal və Deenin ifasında "Ljubav JE" mahnısı ilə qatılıb, mahnı yarımfinalda 11-ci yeri tutub və lakin finala vəsiqə qazana bilməyib.

Bosniya və Herseqovina "Eurovision" mahnı müsabiqəsində ilk dəfə 1993-cü ildə olmaqla ümumilikdə 19 dəfə iştirak edib. Ölkənin ən yaxşı göstəricisi 2006-cı ildə Hari Mata Harinin "Lejla" mahnısı ilə qeydə alınıb və 229 xalla üçüncü olub.

Qeyd edək ki, "Eurovision 2022" mahnı müsabiqəsinə İtaliyanın Turin şəhəri ev sahibliyi edəcək. Müsabiqəsinin yarımfinalları gələn il mayın 10-12-də, finalı isə mayın 14-də İtaliyanın ən böyük qapalı arenalarından olan "PalaOlimpico"da keçiriləcək. "Rai" televiziyası Avropa Yayım Birliyi ilə birgə mahnı müsabiqəsinin canlı yayım hüququna malik olacaq.

Milli.Az

Football news:

A fiery meeting of PSG in Marseille: Neymar even had difficulty giving corners - he was protected by nets and shields
Pochettino after 0-0 with Marseille: I am pleased with the progress and development of PSG. Neymar showed commitment to the team
Courtois and Valverde were injured following the match with Barca
Mourinho, Spalletti, Inzaghi and Gasperini were removed in the Sunday matches of Serie A
Klopp calls Salah the best in the world. This season is a treasure trove of convincing arguments
Simone Inzaghi: Juventus could only have scored from the penalty spot. Inter controlled the match from start to finish
Juventus broke a series of 6 wins by drawing with Inter. The Torino team did not lose 9 matches