Deputat parlamentdə çıxışı zamanı huşunu itirdi

Avstriyalı millət vəkili Eva Mariya Holtslyaytner ölkə parlamentinin aşağı palatası olan Milli Məclisdə çıxış edərkən huşunu itirərək yerə yıxılıb.

Day.Az oxu.az-a istinadən xəbər verir ki, insident Məclisin növbəti iclası zamanı yaşanıb.

Xanıma təcili tibbi yardım göstərilib və o, bir neçə dəqiqə sonra yenidən iclasa qayıdıb. Deputat ona kömək edənlərə təşəkkürünü bildirərək, özünü yaxşı hiss etdiyini qeyd edib.